Almaniyada qətldə şübhəli bilinən azərbaycanlı sərhəddə saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Almaniyada qətldə şübhəli bilinən azərbaycanlı sərhəddə saxlanıldı

Kriminal

23 İyul 2022 18:36 1133


Almaniyada bir aydan çoxdur axtarışda olan 36 yaşlı azərbaycanlı Elçin Ağayev Almaniya-Polşa sərhədinə yaxın qəsəbədə saxlanılıb.

Yenisabah.az "Report"a istinadla xəbər verir ki, Federal Daxili İşlər Nazirliyi əməkdaşları E.Ağayevi Polşa ilə sərhəddə yaxalayıb.

Onun bu gün Kalettal şəhər məhkəməsinə çıxarılması gözlənilir. Dominos pizza

Xatırladaq ki, bu ilin iyunun 18-də, Şimali Reyn Vestfaliya əyalətinin Kalettal şəhərində 36 yaşlı azərbaycanlı Elçin Ağayev qısqanclıq zəminində 39 yaşlı Andrej F.Rintelneri balta ilə qətlə yetirib.

E.Ağayev Ukraynada müharibə başlayandan sonra birlikdə yaşadığı Olqa adlı xanım və iki uşaqla Almaniyaya gəlibmiş. Onlar Andrej və Nadine adlı cütlüyün evində qonaq kimi qalırmışlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!