Almaniyada uçuşlar dayandırıldı - Münhendə kütləvi tətillər

saytların hazırlanması

Evə çatdırılma

Almaniyada uçuşlar dayandırıldı - Münhendə kütləvi tətillər

Dünya

27 Fevral 2025 14:46 203


Almaniyanın Münhen şəhərində yerləşən "Franz Josef Strauss" Hava Limanında işçilər tətil elan ediblər. Verdi adlı ictimai sektor həmkarlar ittifaqının çağırışı ilə baş tutan aksiyaya görə hava limanında uçuşların təxminən 80 faizi ləğv edilib.

Yenisabah.az xəbər verir ki, rəsmi açıqlamada bildirilib ki, iki gün davam edəcək tətil səbəbindən daha çox uçuşun ləğv olunma ehtimalı var. Münhen üzərindən səyahət etməyi planlaşdıran sərnişinlərə hava yolları şirkətləri ilə əlaqə saxlamaları tövsiyə olunur.

"Verdi" ittifaqı yanvar ayından bəri maaş artımı tələbi ilə Almaniyada bir çox tətillər təşkil edib. Dördpendirli pizza

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!