Almaniyada xəstə sayı 100 minə çatır

saytların hazırlanması

Evə çatdırılma

Almaniyada xəstə sayı 100 minə çatır

Dünya

06 Aprel 2020 08:54 717


Almaniyada koronavirusa yoluxma ilə təsdiq edilmiş halların sayı 95 391 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Robert Kox İnstitutu bildirib. Məlumata görə, ölkədə ümumilikdə 1 434 nəfər pandemiyanın qurbanı olub. Son sutka ərzində Almaniyada 3 677 virusa yeni yoluxma aşkarlanıb, ölənlərin sayı 92 nəfər təşkil edib.

Yoluxma hallarının ən böyük sayı Bavariyada (24 974) qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Baden-Vürtemberq (19 395) və Şimal Reyn-Vestfaliya (19 384) qərarlaşıb. Paytaxt Berlində xəstəliyə 3 670 yoluxma aşkarlanıb. pizza sifarişi

Koronavirus ilk dəfə ötən ilin sonlarında Çini Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.  

Dünyada koronavirusa yoluxma hallarının sayı 1 133 758, ölənlərin sayı 62 784 nəfər təşkil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!