Almaniyadan Azərbaycana növbəti qrup deport olunacaq.
Yenisabah.az xəbər verir ki, Almaniyadan birbaşa Azərbaycana xususi çarter reysi ilə bir qrupun deportasiyası həyata keçiriləcək. Bu reyslə 30 nəfərdən çox Azərbaycan vətəndaşının deportasiyası gözlənilir. Onlar Almaniyada qanunsuz yaşayanlardır və əksəriyyəti bu ölkədə müvəqqəti yaşamaq üçün müraciətlərinə rədd cavabı alanlardır.
Deportasiya ediləcək şəxslərin bəziləri son bir həftə ərzində saxlanılaraq xüsusi mərkəzlərə yerləşdiriliblər. “Readmissiya haqqında” Sazişə əsasən, onların şəxsiyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən müəyyən edilib və qayıdış üçün müvafiq sənədlər hazırlanıb. Çarter reysi 31 mart 2021 ci il tarixdə Frankfurk hava limanından birbaşa Bakı şəhərinə planlaşdırılır. Deportasiyası planlaşdırılanların bəziləri bu gün koronavirus testindən də keçirilib. Toyuqlu pizza
Telegram kanalımız