Almaniyadan Ermənistan yardım - Nazir müavini rəqəmi açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Almaniyadan Ermənistan yardım - Nazir müavini rəqəmi açıqladı

Rəsmi

12 Aprel 2022 13:17 1459


Almaniya hökuməti Ermənistana 116 milyon 400 min avro məbləğində maliyyə yardımı göstərəcək.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu ölkənin iqtisadiyyat nazirinin müavini Rafael Gevorqyan bildirib.

Onun sözlərinə görə, yYardım iki əsas hissədən ibarətdir: pizza

"70 milyon avro kiçik və orta sahibkarlığın inkişafına, 40 milyon avro isə bərpa olunan enerjinin inkişafı üçün kreditlərə ayrılacaq. Bu yardımın veriləcəyi mexanizm ölkənin bank sistemidir. Erməni-Almaniya fondu vasitəsilə pul Ermənistan Respublikasının bank sisteminə paylanacaq”.

Nazir müavini qeyd edib ki, Almaniya hökuməti ilə sazişdə biomüxtəliflik və davamlı inkişaf üzrə proqramların həyata keçirilməsi üçün 3,4 milyon avro və bu proqramın texniki dəstəyinə 3,4 milyon avro vəsait nəzərdə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!