Almaniyanın 6 əyalətində antiterror əməliyyatları keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Almaniyanın 6 əyalətində antiterror əməliyyatları keçirildi

Dünya

26 Mart 2025 18:59 336


Almaniyanın altı əyalətində genişmiqyaslı antiterror əməliyyatları keçirilib.

Axar.az “Bild” nəşrinə istinadən xəbər verir ki, əməliyyatlar çərçivəsində Hessen, Şimali Reyn-Vestfaliya, Bavariya, Baden-Vürttemberq, Meklenburq-Ön Pomeraniya və Reynland-Pfalts əyalətlərində ümumilikdə 19 obyektdə axtarış aparılıb.

Federal Kriminal Polis İdarəsinin (BKA) və yerli polis qüvvələrinin 200-dən çox əməkdaşının cəlb olunduğu əməliyyatların məqsədi “Brigade N‘Hamedu” adlı terrorçu təşkilatın təsisçiləri və üzvləri olduqları ehtimal edilən 17 şübhəlinin saxlanılmasıdır. Bu qrup Eritreyada hökuməti devirmək istəyən beynəlxalq şəbəkələşmiş təşkilat kimi tanınır. Dominos pizza

Bu terrorçu qrupun Almaniyadakı qanadının azı üç ildir fəaliyyət göstərdiyi və Eritreya icmasının keçirdiyi tədbirlərdə dəfələrlə zorakılığa əl atdığı bildirilib. Almaniya Baş Prokurorluğu yerli polisə hücumların da onlar tərəfindən qanuni vasitə kimi qəbul edildiyini açıqlayıb.

“Brigade N‘Hamedu” təşkilatının 2022-ci və 2023-cü illərdə Qiesendə, həmçinin 2023-cü ildə Ştutqartda keçirilən Eritreya festivallarında baş verən və xeyli sayda polis əməkdaşının xəsarət alması ilə nəticələnən toqquşmalara görə məsuliyyət daşıdığı bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!