Alper Potuk - “Qarabağ” məsələsində son nöqtə qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Alper Potuk - “Qarabağ” məsələsində son nöqtə qoyuldu

İdman

04 Fevral 2020 08:59 1029


Son Azərbaycan çempionu "Qarabağ"ın transfer gündəmində olan "Fənərbaxça"nın yarımmüdafiəçisi Alper Potukun Türkiyə klublarına keçidi son anda baş tutmayıb.

“Yeni Sabah” xəbər verir ki, "Çaykur Rizəspor" və "Sivasspor"dan təklif alan futbolçu atasının səhhətində problem yaranması səbəbindən İstanbulda qalmaq qərarına gəlib. 

Son gündə "Beşiktaş" onunla maraqlansa da, "ağ-qaralar" yalnız azad agent kimi futbolçunu heyətinə qata biləcəyini vurğulayıb. Buna isə "sarı-lacivərtlilər" razılıq verməyiblər. Dominos pizza

Ciddi maliyyə problemi yaşayan "Fənər" 1,2 milyon avroluq maaş alan Alperin sözləşməsini mövsümün əvvəlində dondurmuş və maaşını endirmişdi. Türkiyə millisinin üzvünün qış fasiləsində komandasını dəyişəcəyi gözlənilirdi. Lakin 29 yaşlı oyunçu atasının xəstəliyinə və yüksək maaşa görə, komandada qalmağı üstün tutub.

A.Potukun "Beşiktaş"a havayı keçməsinə razı olmayan İstanbul nəhənginin onu "Qarabağ"a da təzminatsız buraxması gözlənilən deyil. Üstəlik, Alperin yüksək məvacibi də Azərbaycan çempionu üçün vəziyyəti qəlizləşdirir.

Xatırladaq ki, Türkiyə mətbuatı futbolçunun mövsümün sonuna qədər "Fənərbaxça"da qalacağını yazsa da, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov dünən "Səbail"lə çempionat matçından sonra təşkil edilən mətbuat konfransında danışıqların davam etdiyini vurğulamışdı.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!