Alt paltarında heroin daşıyan qadın saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Alt paltarında heroin daşıyan qadın saxlanıldı

Kriminal

09 Oktyabr 2020 12:20 1688


Malaziya hava yolları təyyarəsində stüardessa işləyən bir qadının cinsiyyət orqanı və büstqalterinin arasından 465 min dollar dəyərində heroin tapılıb.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, 40 yaşlı Zaili Zainal bunu xəstə qızını müalicə etdirmək üçün etdiyini bildirib. O, 3 ay ərzində heroinlə necə gəzmək barədə təlim aldığını deyib. 

Malaziya və Avstraliya arasındakı uçuş zamanı yaxalanan stüardessa heroini Avstraliyada təhvil verəcəyini açıqlayıb.  pizza

Avstraliyada həbs olunan Zaili bu günə qədər 20 dəfə qaçaqmalçılıq yolu ilə Avstraliyaya heroin apardığını deyib. Qadın, qızının xəstəliyi səbəbi ilə dostlarından kömək istədiyini və bunu eşidən bir narkotik alverçisinin bu işi ona təklif etdiyini bildirib. Bundan sonra o, heroinlə gəzərkən diqqət çəkməmək üçün üç aylıq təlim keçib. 

Zaili Avstraliyaya gətirdiyi heroini hava limanının tualetində onu gözləyən insanlara çatdırdığı zaman polis tərəfindən yaxalanıb. O, doqquz il altı ay həbs cəzasına məhkum edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!