Dünyaca məşhur müğənni Rihanna məhkəməlik olub.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, Rihannaya məxsus alt paltarı markası "Fenty" firmasının reklamında almaniyalı sənətçi Kinq Xan və qızına aid mahnıdan icazəsiz istifadə edilib.
Almaniyalı müğənni və qızı müəllif hüquqları tapdalandığına görə firmanı məhkəməyə verib. Toyuqlu pizza
Müəllif hüquqları tapdanan ata və qızı barbadoslu sənətçini məhkəməyə verərək ona təzminat davası açıblar.
Qeyd edək ki, Rihannanın ötən il məhsullarının satışından əldə etdiyi gəlir 600 milyon dollar olub.
Telegram kanalımız