Altı yaşlı qızının başqa kişidən olduğunu düşünən ata onu yandırdı   - Video

saytların hazırlanması

Evə çatdırılma

Altı yaşlı qızının başqa kişidən olduğunu düşünən ata onu yandırdı - Video

Hadisə

29 Noyabr 2020 09:14 1194


Altı yaşlı qızının özündən olmadığını düşünən kişi uşağı diri-diri yandırıb.

Yenisabah.az “Life Shot” “Telegram” kanalına istinadla xəbər verir ki, dəhşətli hadisə Xakasiyada baş verib.

Məlumata görə, Andrey Salomatov uzunmüddətli işdən sonra evə qayıdıb. 41 yaşlı kişi və arvadı Yelena bunu qeyd etmək qərarına gəliblər. Sərxoş olan cütlük bir müddət sonra dava etməyə başlayıblar. Kişi arvadını xəyanətdə ittiham edərək divanı yandırıb. Divanın yanında isə altı yaşlı qızlarının yatdığı çarpayı olub və alov ora keçib. Lakin kişi uşağı xilas etmək əvəzinə, qadını çölə çıxardıb. Qızcığaz faciəvi şəkildə həlak olub. Dördpendirli pizza

İfadə verərkən Salomatov uşaq barədə düşünmədiyini və yanğını qısqanclıq zəmində törətdiyini bildirib. Ümumiyyətlə cütlüklər hər zaman dava edərkən kişi qadını xəyanətdə ittiham edib, qadın isə hər zaman uşağın ondan olduğunu deyib.

İstintaq cinayətin qəsdən törədildiyini və Salomatovun sadəcə uşaqdan canını qurtarmaq istədiyini hesab edir. Oxu.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!