Altıağac milli parkına giriş pulsuz olacaq

saytların hazırlanması

Evə çatdırılma

Altıağac milli parkına giriş pulsuz olacaq

Rəsmi

27 Avqust 2019 15:31 1337


Altıağac milli parkının yaranması günü ilə əlaqədar avqustun 31-də parkda “açıq qapı” günü keçiriləcək və ziyarətçilər giriş haqqından azad olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Yeni Sabah”a daxil  olan məlumata görə, Xızı və Siyəzən rayonlarının ərazisində yerləşən və sıx meşəliklə əhatə olunan Altıağac milli parkının füsunkar təbiətini görmək üçün hər kəs milli parka dəvət edilir.

Qeyd edək ki, Altıağac milli parkı ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2004-cü il avqustun 31-dəki sərəncamı ilə yaradılıb. Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!