Alyaska görüşündə Putinə bu hədiyyə verilib - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Alyaska görüşündə Putinə bu hədiyyə verilib - FOTO

Dünya

17 Avqust 2025 13:28 347


Avqustun 16-da Ankoricdəki “Kapitan Kuk” otelində qonaqlar ictimai printerdə ABŞ Dövlət Departamentinə məxsus gizli sənədlər aşkar ediblər.

Metbuat.az xəbər verir ki, sənədlərdə Tramp-Putin sammitinin vaxt və ünvanları, müşayiət edən şəxslərin telefonları, oturma planı və nahar menyusu yer alıb. Liderlərə təqdim ediləcək hədiyyə – ağ başlı qartal fiquru da göstərilib.

Bundan başqa, sənədlərdə masada kimin harada oturması da göstərilib. Trampın bir tərəfində dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və aparat rəhbəri Syuzi Uaylz, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və xüsusi elçi Stiv Uitkoff. Putinin yanında xarici işlər naziri Sergey Lavrov və xarici siyasət müşaviri Yuri Uşakov olub. Toyuqlu pizza

Hadisə Tramp administrasiyasında təhlükəsizliklə bağlı narahatlıq yaradıb.

Xatırladaq ki, avqustun 15-də Ankoricdə Donald Tramp və Vladimir Putin arasında görüş keçirilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!