Alzheimer xəstələri üçün yeni cihaz hazırlandı - Foto

Alzheimer xəstələri üçün yeni cihaz hazırlandı - Foto

Digər Veb saytların hazırlanması

16 Avqust 2022 00:45 1090


“Cognito Therapeutics” şirkətinin mütəxəssisləri xüsusi qadcet yaradıblar. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Business Wire” jurnalı yazır.

"Cihazı başınıza taxmaq olar. O, 40 hers tezliyində eşitmə və vizual qamma-sensor stimullaşdırılmasından istifadə edir.

Alimlərin sözlərinə görə, insan onu bir saat istifadə edərsə, beynin ağ maddəsinin atrofiyasını azaldar", - məlumatda vurğulanıb.

Qeyd edək ki, bu cihaz Alzheimer xəstəliyi olan insanlarda beynin ağ maddəsinin atrofiyasını azaltmağa kömək edə bilər. Ancaq bunun üçün cihazı altı ay ərzində hər gün bir saat taxmaq lazımdır. Şirkət cihazın klinik effektivliyini təsdiqləmək üçün sınaqların bu il başlayacağını açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!