Amazon cəngəlliyində itkin düşən uşaqlar bir ay sonra tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Amazon cəngəlliyində itkin düşən uşaqlar bir ay sonra tapıldı

Maraqlı

21 Mart 2022 22:30 639


Braziliyanın Amazonas əyalətində iki qardaş - yeddi yaşlı Qlaukon və doqquz yaşlı Qleyson cəngəllikdə yoxa çıxıb və bir ay sonra təsadüfən sağ-salamat tapılıb.

Uşaqların itkin düşməsindən bir həftə sonra axtarış-xilasetmə əməliyyatı mənasız olduğuna görə dayandırılıb.

Oğlanlar fevralın 18-də quş tutmaq üçün evdən çıxarkən itkin düşüblər. Uşaqların axtarışı ilə yüzlərlə adi braziliyalı və fövqəladə xidmətlər məşğul olub. Fevralın 24-də xilasedicilər ümidlərini itirib və əməliyyatı dayandırıblar. Dominos pizza

Qlaukon və Qleyson martın 15-də təsadüfən bir ağac kəsən tərəfindən evlərindən altı kilometr aralıda yerləşən Laqo-Kapana təbiət qoruğunda tapılıb. Uşaqlar giləmeyvə yeyərək və yağış sularını içərək sağ qalıblar.

Hazırda qardaşların vəziyyəti ağır, lakin stabildir. Onlar ştatın paytaxtı Manaus şəhər klinikasındadırıar. Oğlanlar çəkilərinin 50% -ni itiriblər. Hazırda onlara maye yemək verilir.(oxu.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!