“Amazon” və “Aliexpress” bu ərazilərə sifariş çatdırmayacaq

saytların hazırlanması

Evə çatdırılma

“Amazon” və “Aliexpress” bu ərazilərə sifariş çatdırmayacaq

Hadisə

26 Noyabr 2024 22:19 948


İstanbul şəhərinin Dolapdərə, Tarlabaşı məhəllələrindən sonra bu dəfə Bağçılar ərazisi də onlayn satış platformalarının “qara siyahı”sına düşüb. Başda “Amazon” və “Aliexpress” olmaqla, bir sıra məşhur şəbəkələr sözügedən ərazilərdə yerləşən poçt məntəqələrinə çatdırılma etməyəcək.

Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, yüksək cinayət göstəriciləri və müraciətlər zamanı qeydə alınan problemlər səbəbindən onlayn alış-veriş platformaları dünyanın bir çox yerlərindən sifariş qəbul etməməyə başlayıb. Daha öncə İstanbulun Beyoğlu rayonunun kriminal hadisələri ilə məşhur Dolapdərə və Tarlabaşı məhəllələri sözügedən kateqoriyaya daxil edilmişdi.

Sözügedən məhdudiyyətin nə zaman aradan qaldırılacağı məlum deyil. Bağcılar ərazisində yaşayan sakinlərin son günlər çatdırılma məntəqəsi kimi həmin ərazidən istifadə edə bilmədikləri bildirilib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!