Avropa Mərkəzi Bankı (AMB) dondurulmuş Rusiya aktivləri hesabına Ukraynaya 140 milyard avro ödənilməsini dəstəkləməkdən imtina edib.
“Yeni Sabah” “Financial Times”a istinadla xəbər verir ki, AMB belə qənaətə gəlib ki, Avropa Komissiyasının bu təklifi onun mandatını pozur.
Xatırladaq ki, Fransanın xarici işlər naziri Jean-Noel Barro Avropa İttifaqının dondurulmuş Rusiya suveren aktivləri hesabına Ukraynaya təqdim etməyi planlaşdırdığı 140 milyard avroluq faizsiz kredit Kiyev tərəfindən qaytarılmama ehtimalının olduğunu demişdi. Marqarita pizza
Telegram kanalımız