Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov vəzifəsindən azad olunub.
Yenisabah.az-ın məlumatına görə, AMEA-dan bildirilib ki, akademik Y.Mahmudov öz ərizəsi ilə işdən azad edilib.
O, AMEA prezidentinin müşaviri təyin edilib. pizza hut
Bundan başqa, akademik Arif Həşimov Fizika İnstitutunun direktoru, akademik Əli Abbasov isə İdarəetmə Sistemləri İnstitutuna direktor təyin edilib.
Telegram kanalımız