AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru plagiat məqalələrinə görə işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru plagiat məqalələrinə görə işdən çıxarıldı

Hadisə

20 Noyabr 2020 23:34 1553


AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) aparılan yoxlamanın nəticələri və MEK-in direktoru Sevil Zülfüqarovanın kütləvi informasiya vasitələrində yayımlanmış plagiat məqalələri müzakirə edilib.

Yenisabah.az xəbər verir ki, Rəyasət Heyətinin qərarı ilə Mərkəzi Elmi Kitabxananın idarə edilməsində və fəaliyyətində yol verdiyi nöqsanlara görə Sevil Zülfüqarova MEK-in direktoru vəzifəsindən azad olunub.

Rəyasət Heyətinin digər qərarı ilə fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev Mərkəzi Elmi Kitabxananın yeni direktoru təyin edilib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!