AMEA-nın liseyi yaradılacaq

saytların hazırlanması

Evə çatdırılma

AMEA-nın liseyi yaradılacaq

Sosial

16 Sentyabr 2019 09:59 928


"Gələn ildən Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) lisey fəaliyyət göstərə bilər".

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, bunu AMEA-nın prezidenti Akif Əlizadə deyib.

O bildirib ki, akademiyada liseyin yaranması nəzərdə tutulan məsələlərdən biridir: "İstərdik ki, X-Xl sinif şagirdləri akademiyanın liseyinə qəbul olunsunlar. Akademiyanın 75 illiyi ilə əlaqədar akademiyada lisey fəaliyyətə başlayacaq". pizza hut

A. Əlizadə xatırladıb ki, gələn ilin martın 27-də AMEA-nın fəaliyyətə başlamasının 75 ili tamam olacaq: "Ötən dövr ərzində AMEA-da möhtəşəm elmi məktəblər fəaliyyət göstərib, burada işləyən görkəmli alimlər dünya elminə töhfələr veriblər. Bu gün akademiya həm təhsil ocağı, həm də elm müəssisəsidir".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!