AMEA-nın mühafizəsi gücləndirilir: 147 minlik müqavilə bağlandı

saytların hazırlanması

Evə çatdırılma

AMEA-nın mühafizəsi gücləndirilir: 147 minlik müqavilə bağlandı

Hadisə

30 Yanvar 2021 09:18 1764


2021-ci il ərzində Azərbaycan Milli Elmlər Akademiyasının mühafizə olunması üçün müüqavilə bağlanıb.

“Yeni Sabah” xəbər verir ki, müqavilə AMEA-nın İşlər İdarəsi ilə “Alov-Mühafizə” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanıb.

Müqavilənin şərtlərinə görə, MMC AMEA-nın Bakı şəhəri, Hüseyn Cavid prospektində yerləşən Akademiya şəhərciyində mühafizə xidmətini həyata keçirəcək. Bu xidmətə görə akademiya mühafizə xidmətinə 147 min 996 manat pul ödəyəcək. Pepperoni pizza

Xidmət 26 yanvar 2021-ci il tarixindən     31 dekabr 2021-ci il tarixinə kimi davam edəcək.

Bildirək ki, “Alov-Mühafizə” vaxtilə Azərbaycanda məşhur olan “Riyad Mühafizə Xidməti”nin bazasında yaradılıb. Şirkətin qanuni təmsilçisi general rütbəsi daşıyan Qasımov Etibar Ağahüseyn oğludur. 2009-cü ildə təsis olunan “Alov-Mühafizə” MMC əsasən təhsil müəssisələri olmaqla Azərbaycanda yüzlərlə dövlət müəssisəsinin mühafizəsini təşkil edir. Mühafizə xidmətilə bağlı keçirilən dövlət satınalmalarının bir çoxunda məhz “Alov-Mühafizə” MMC qalib olur.

4 ay əvvəl AMEA-nın Mərkəzi Elmi Kitabxanasının mühafizəsi ilə bağlı keçirilən tenderin də qalibi E. Qasımovun rəhbərlik etdiyi digər bir şirkət - “Vətən-N Mühafizə Xidməti” MMC qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!