Amerika kəşfiyyatının rəhbəri Pakistanda mühüm görüşlər keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Amerika kəşfiyyatının rəhbəri Pakistanda mühüm görüşlər keçirdi

Dünya

09 Sentyabr 2021 17:15 640


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri Pakistana səfəri zamanı ordu komandanı ilə görüşərək Əfqanıstandakı vəziyyəti müzakirə edib.

Yenisabah.az "Reuters"ə istinadla xəbər verir ki, CIA direktoru Uilyam Börns Pakistana səfəri zamanı Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün Ordu Komandiri Qamar Cavid Bacva ilə təmasda olub.

Pakistan kəşfiyyat xidmətinin (ISI) rəhbəri general Fəiz Həmidin də qatıldığı toplantıda ABŞ-ın geri çəkilməsindən və Kabildə "Taliban" hökuməti qurulmasından sonra Əfqanıstandakı vəziyyət və regional təhlükəsizlik araşdırılıb. pizza sifarişi

Görüş zamanı Pakistanın bölgədəki sülh və Əfqanıstan xalqı üçün davamlı və firavan gələcəyi üçün beynəlxalq tərəfdaşları ilə əməkdaşlığa sadiq qaldığı vurğulanıb.

CIA Direktoru Pakistanın Əfqanıstandakı rolunu və bölgəni sabitləşdirmək səylərini yüksək qiymətləndirdi və Pakistanla bütün səviyyələrdə diplomatik əməkdaşlığın inkişaf etdirilməsində daha böyük rol oynayacağına söz verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!