Amerika səfiri “Dağlıq Qarabağa status” məsələsinin vacibliyindən danışdı...

saytların hazırlanması

Evə çatdırılma

Amerika səfiri “Dağlıq Qarabağa status” məsələsinin vacibliyindən danışdı...

Dünya

28 Aprel 2021 09:22 937


Əlbəttə, regionda təsir və təzyiq vasitəsi  olan erməni alətini Kremlin əlindən alıb öz əllərinə keçirmək üçün ABŞ da, Fransa da, Almaniya da və s. əllərindən gəldiyi qədər aranı qatacaqlar....

ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi  “Azadlıq” radiosuna son müsahibəsində Bayden tərəfindən  qondarma “erməni soyqırımı”nın tanınmasının hüquqi perspektivinin olmadığını söyləsə də,   “Dağlıq” Qarabağa “status” məsələsindən də danışıb.

Moderator.az xəbər verir ki, Amerika səfiri Qarabağdakı son müharibəyə gəlincə belə deyib:  “Rusiya müharibənin dayandırılmasında vacib rol oynayıb. Ancaq müharibə dayandırılmış olsa da, həll edilməli olan bir sıra məsələlər mövcuddur - Dağlıq Qarabağın statusu, köçkünlərin problemləri. ABŞ və Minsk qrupunun digər həmsədr ölkələri üçün gündəmdə qalan bir neçə məsələ vardır. Bizim bu məsələlərlə məşğul olmaq niyyətimiz var”.  Sezar pizza

Səfirin fikrincə, elə bir vəziyyət yaranmışdır ki, heç bir ölkə bunu həll edə bilməz, bu səbəbdən də Minsk qrupunun həmsədrliyinin rolu vacibdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!