Ermənistanın müdafiə naziri Arşak Karapetyan ABŞ-ın fövqəladə və səlahiyyətli səfiri Linn Treysini qəbul edib.
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, görüşdə ABŞ-ın Ermənistandakı diplomatik missiyası rəhbərinin yeni müavini Ulliam Leytenen və yeni təyin olunmuş müdafiə attaşesi polkovnik Qreqori Payps da iştirak ediblər.
Karapetyan Ermənistanın Azərbaycanla sərhədlərində vəziyyəti səfirə çatdırıb. Toyuqlu pizza
O, Ermənistan tərəfinin problemləri sülh yolu ilə həll etməyə hazır olduğunu bildirib.
Görüş zamanı tərəflər, həmçinin müdafiə sahəsində Ermənistan-Amerika əməkdaşlığına yeni təkan verilməsi imkanlarını müzakirə ediblər.
Telegram kanalımız