"Eurovision 2013" beynəlxalq musiqi müsabiqəsində Azərbaycanı təmsil edən Fərid Məmmədov oğlu ilə birgə ilk dəfə fotolarını yayıb.
“Yeni Sabah” xəbər verir ki, oğlunun bir yaşını təbrik edən ifaçı onunla şəklini paylaşıb və İlk doğum gününü təbrik edib. F.Məmmədov oğlunun üzünü gizlətmək üçün öndən deyil, arxadan çəkilən fotoları paylaşıb.
Qeyd edək ki, F.Məmmədov ailə həyatı qurduqdan sonra ABŞ-a köçüb və hazırda orada kuryer kimi çalışır. pizza hut
Xatırladaq ki, bir müddət öncə Fəridin müəllimi - Əməkdar artist Aybəniz Haşımova Fəridin bezib ölkədən getdiyini söyləmişdi: "Mənim Fərid Məmmədov kimi mükəmməl istedada malik tələbəm ölkədən getməməmli idi. O, elə birinci idi. Onu kimlər küsdürdü? Mənim uşağımı bezdirdilər. Beş yaşından sənətə canını qoydu, dövlət ona etimad bəslədi, "Eurovision" müsabiqəsində öz gücünə ikinci oldu. Birinciyə layiq idi. Ömrümün 20 ilini Fəridlərə həsr etdim. Mənim uşağım gedib Amerikada fəhləlik edir, zülm çəkir. Televiziyalardan soruşmaq istəyirəm ki, niyə o, gedib kuryer çalışır?”



Telegram kanalımız