Amerikadan 600 min nəfər qovulacaq

saytların hazırlanması

Evə çatdırılma

Amerikadan 600 min nəfər qovulacaq

Dünya

23 Oktyabr 2025 10:47 199


Tramp administrasiyasının qərarına əsasən, 2025-ci ilin sonuna kimi 600.000-dən çox sənədsiz immiqrantı deportasiya ediləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə ICE direktoru Tom Qoman oktyabrın 22-də "Axios Future of Defense" Sammitində çıxışında bildirib.

Qoman ABŞ-da qeyri-qanuni olanların diqqətdən kənarda qalmayacağını vurğulayıb: “Sizi tapsaq, həbs edəcəyik”. pizza

Onun sözlərinə görə, ICE tərəfindən həbs edilənlərin təxminən 70%-i cinayətkar kimi təsnif edilir, qalan 30-35%-i isə cinayət tarixçəsi olmasa belə, potensial milli təhlükəsizliyə təhdid hesab edilir.

Son məlumatlara görə, Trampın yenidən seçilməsindən sonra immiqrasiya təcridxanalarında olan insanların sayı 50%-dən çox artıb. Əvvəllər ICE direktoru vəzifəsini icra edən Tom Qoman prezidentin aqressiv immiqrasiya siyasətinin həyata keçirilməsini təmin etmək üçün Tramp administrasiyasına qayıdıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!