Las-Veqasda amerikalı boksçu Terens Krouford ilə həmvətəni Errol Spensi arasında döyüş keçirilib.
Yenisabah.az xəbər verir ki, qarşıdurma 9-cu raundda nokautla başa çatıb.
Krouford 66,68 kq çəki dərəcəsində mütləq dünya çempionu olub. 35 yaşlı idmançı Dünya Boks Təşkilatının (WBO) titulunu qoruyub və əvvəllər Spensə məxsus olan Dünya Boks Şurası (WBC), Beynəlxalq Boks Federasiyası (IBF) və Dünya Boks Assosiasiyasının (WBA) titullarını alıb. Krouford 2018-ci ildən WBO kəmərinin sahibidir və onu 7-ci dəfə qorumağı bacarıb. Sezar pizza
Krouford karyerası ərzində 40 qələbə qazanıbsa, Spens 28 dəfə qalib gəlib.
Hazırda peşəkar boksda ümumilikdə 4 nəfər mütləq dünya çempionudur. Terens Krouforddan başqa, Devin Heyni (ABŞ, 61,23 kq-a qədər), Cermell Çarlo (ABŞ, 69,9 kq-a qədər) və Saul Alvares (Meksika, 76,2 kq-a qədər) də bu ada yiyələnib.
Telegram kanalımız