Amerikalı əsgərlər İsrailə gəldi

saytların hazırlanması

Evə çatdırılma

Amerikalı əsgərlər İsrailə gəldi

Dünya

11 Oktyabr 2025 13:11 484


ABŞ əsgərləri Qəzza zolağında atəşkəs razılaşmasına nəzarət etmək üçün İsrailə gəlməyə başlayıb.

Yenisabah.az ABC News-a istinadla xəbər verir ki, Yaxın Şərqdəki əməliyyatlara cavabdeh şəxs ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperdir.

200 əsgər İsraildə yerləşdiriləcək. Onların Qəzza zolağında olmayacağı qeyd edilir. Marqarita pizza

Koordinasiya mərkəzində iştirak edəcək qoşunlar nəqliyyat, planlaşdırma, logistika, təhlükəsizlik, mühəndislik sahələrində ixtisaslaşıb.

Oktyabrın 9-na keçən gecə ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İsrail hökuməti və Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağında münaqişənin həlli üçün Vaşinqtonun təklif etdiyi planın birinci mərhələsinə razılaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!