Amerikalı general İrəvana gəldi

saytların hazırlanması

Evə çatdırılma

Amerikalı general İrəvana gəldi

Rəsmi

16 Noyabr 2022 12:45 959


“Səfirlik Birləşmiş Ştatların Avropa Komandanlığının Strategiya, Planlaşdırma və Siyasət üzrə direktoru general-mayor Daniel Lasiki İrəvanda qəbul etməkdən məmnundur”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Diplomatik nümayəndəliyin məlumatında qeyd olunur ki, ABŞ generalının səfəri iki gün çəkəcək. O, Ermənistan paytaxtında "Naməlum Əsgər"in məzarı və "Erməni Soyqırımı" Memorialına əklillər qoyacaq. Bundan başqa, D. Lasik Ermənistanın müdafiə naziri Suren Papikyan, Baş Qərargah rəisi Edvard Asryan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşəcək.  pizza hut

ABŞ-Ermənistan təhlükəsizlik münasibətləri və regional təhlükəsizlik məsələləri onun Ermənistan rəsmiləri ilə müzakirə mövzusu olacaq. Amerikalı hərbçi, həmçinin sülhməramlı qüvvələrin “Zar” təlim mərkəzinin yeni kazarma, yeməkxana və konfrans zalının açılış mərasimində iştirak edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!