Amerikalı qadın Ronaldodan əl çəkmir: “Təcavüz edib!”

saytların hazırlanması

Evə çatdırılma

Amerikalı qadın Ronaldodan əl çəkmir: “Təcavüz edib!”

İdman

04 Oktyabr 2023 14:40 677


Səudiyyə Ərəbistanının "Əl-Nəsr"inin hücumçusu Kriştiano Ronaldoya qarşı yeni iddia irəli sürülüb. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. Futbolçunu daha əvvəl cinsi təcavüzdə günahlandıran ABŞ vətəndaşı Ketrin Mayorqanın bu dəfə də eyni mövzuda cinsi təcavüzü ilə bağlı yeni iddia qaldırılıb. 

Bildirilir ki, qızın daha öncəki iddiası oğurlanmış məxfi sənədlərdən istifadə edildiyi üçün ABŞ-ın bir dairə hakimi tərəfindən rədd edilib. Mayorqanın nümayəndələri hazırda ABŞ Apellyasiya Məhkəməsinin işin rədd edilməsini ləğv etməsi və müştərilərinin 2018-ci ildə ilk dəfə qaldırdığı mülki iddianın bərpası üçün çalışırlar.  pizza hut

Xatırladaq ki, 2018-ci ildə Mayorqa portuqaliyalı futbolçunun Las-Veqasda ona təcavüz etdiyini demişdi. Sözügedən qadın iddiasına görə, hadisə 2009-cu ildə baş verib, bundan sonra Ronaldo Mayorqaya susması üçün 375 min dollar verib. Ronaldo isə bu ittihamları rədd etmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!