Amerikalı seysmoloqlar Azərbaycana gəldilər

saytların hazırlanması

Evə çatdırılma

Amerikalı seysmoloqlar Azərbaycana gəldilər

Sosial

27 Sentyabr 2019 10:23 1188


AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, ABŞ Enerji Departamenti və Ukrayna Elm və Texnologiya Mərkəzinin  "Qafqaz Kəsilişi"  birgə layihəsi çərçivəsində işlər davam etdirilir.

Seysmoloji Xidmət Mərkəzindən "Yeni Sabah"a daxil olan məlumata görə, bu günlərdə  amerikalı seysmoloqlar - Miçiqan Dövlət Universitetinin Yer və Ətraf Mühit Elmləri departamentinin professoru Kevin Mackey və Missuri Universitetinin elmi işçisi Utku Koçum Azərbaycanda səfərdədirlər.

Səfər çərçivəsində Hacıqabul, Neftçala, Göyçay, İsmayıllı, Quba və Qusar rayonlarında quraşdırılmış seysmik stansiyalarda texniki yenilənmə işlərinin aparılması və məlumatların toplanılması nəzərdə tutulub. Qeyd edək ki, Hacıqabul, Neftçala, Göyçay rayonlarında quraşdırılmış stansiyalarda işlər tamamlanıb. Hazırda İsmayıllı rayonunda quraşdırılmış stansiyalarda işlər davam etdirilir. pizza mizza

Amerikalı seysmoloqların səfəri oktyabrın əvvəlində başa çatacaq. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!