Amerikalı və ingilis jurnalistlərə sanksiya tətbiq ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Amerikalı və ingilis jurnalistlərə sanksiya tətbiq ediləcək

Dünya

26 Aprel 2021 17:42 788


İran parlamentinin 41 üzvü ABŞ və Böyük Britaniya KİV-ləri əleyhinə yeni qanun layihəsi ilə çıxış edib.

Yenisabah.az “Entexab”a istinadla xəbər verir ki, Məclisin deputatları Tehran əleyhinə sanksiyaları dəstəkləyən ABŞ və Böyük Britaniya jurnalistlərinin İran ərazisində fəaliyyət göstərməsini qadağan edilməsi təşəbbüsü ilə çıxış ediblər.

Qanun layihəsində “xarici, xüsusən, Amerika və ingilis mediasının İranın milli mənafelərinə qarşı müxtəlif hərəkətlər etdiyini və bu medianı təmsil edən cinayətkar jurnalistlərin İslam Respublikasına qarşı hərəkətə keçdiyini nəzərə alaraq” onlara sanksiya tətbiqi nəzərdə tutulub. Dominos pizza

Layihəyə əsasən, qadağanı pozan xarici KİV nümayəndələrini 5 ildən 10 ilədək həbs cəzası, habelə 180 və ya 360 milyon riala qədər pul cəzası gözləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!