Ana südünün satışı qadağan edildi   – CƏRİMƏ!

saytların hazırlanması

Evə çatdırılma

Ana südünün satışı qadağan edildi – CƏRİMƏ!

Dünya

29 May 2025 10:17 455


Türkiyə Ticarət Nazirliyi körpələrin sağlamlığı üçün yaratdığı risklərə görə ana südünün pərakəndə və elektron ticarətini qadağan edib.

Yenisabah.az xəbər verir ki, nazirlik ana südünün şəxsi amillərdən təsirləndiyinə diqqət çəkərək, sağılmayan və lazımi şəraitdə saxlanılan südün sağlamlıq üçün ciddi risklər yaratdığını vurğulayıb.

Açıqlamada isə tam olaraq belə qeyd edilib: Sezar pizza

“Son zamanlar Ticarət Nazirliyinə ayrı-ayrı şəxslərin ana südünü ticarət malına çevirməyə çalışdığı və müxtəlif platformalarda, xüsusilə “Facebook” və “Instagram” kimi rəqəmsal platformalarda satışa təqdim etdiyinə dair müxtəlif bildirişlər alıb. Sağlamlıq riskləri nəzərə alınaraq, pərakəndə ticarətdə və elektron ticarətdə ana südünün satışı qadağan edilib. Reklam fəaliyyətləri və bu prosesə rəqəmsal mühitdə vasitəçilik edən platformalar hər bir qayda pozuntusuna görə 684.214 TL-yə qədər inzibati cərimələrə məruz qala bilər”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!