“Anadolu”da qalmaqal: Nazirə görə müxbir işdən qovuldu

saytların hazırlanması

Evə çatdırılma

“Anadolu”da qalmaqal: Nazirə görə müxbir işdən qovuldu

Dünya

22 May 2021 12:56 1978


Türkiyənin “Anadolu” informasiya agentliyi bir əməkdaşını işdən qovub.

Yenisabah.az xəbər verir ki, mətbuat konfransında Türkiyənin daxili işlər naziri Süleyman Soyludan mütəşəkkil cinayətkarlıqla əlaqələri barədə soruşduqdan sonra müxbir Musab Turanın işdən qovulduğu elan olunub.

Bundan əvvəl məşhur türk kriminal patronu, xaricdə gizlənən Sedat Peker “YouTube”-da bir sıra keçmiş və hazırkı yüksək mənsəbli məmurları, xüsusən, Soylunu korrupsiya və mafiya ilə əlaqələrdə ittiham edən bir neçə video yayımlayıb. pizza mizza

Pekerin sözlərinə görə, daxili işlər naziri ona qoruma təklif edib və 2020-ci ilin əvvəlində həbs olunmasını gözləmədən kriminal avtoritetin Türkiyəni tərk etməsinə icazə verib.

Cümə günü keçirilən mətbuat konfransında Musab Turan Türkiyənin sənaye və kənd təsərrüfatı nazirləri Mustafa Varank və Bəkir Pakdemirlidən hökumətin bu ittihamlara cavab vermək niyyətində olub-olmadığını soruşub və Soylunun hakim partiyaya ciddi mənəvi ziyan vurduğunu bildirib.

“Mətbuat konfransında jurnalistika meyarlarına cavab verməyən suallar verən “Anadolu” agentliyinin müxbiri Musab Turan ilə müqavilə ləğv edilib. O. sualını sosial media hesabından canlı yayımlayaraq bunu siyasi təbliğat hərəkətinə çevirib”, – deyə agentliyin açıqlamasında vurğulanıb.

“Anadolu”nun açıqlamasında müxbir Musab Turanın hansısa terror təşkilatının üzvü olub-olmadığını yoxlamaq üçün prokurorluğa da tələbnamə göndərildiyi qeyd olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!