“Anam da o vaxtlar bu cür əziyyət çəkib” - Kamildən paylaşım - Video

saytların hazırlanması

Evə çatdırılma

“Anam da o vaxtlar bu cür əziyyət çəkib” - Kamildən paylaşım - Video

Şou

05 Aprel 2024 17:12 873


İdmançı Kamil Zeynallı son paylaşımı ilə diqqəti özünə çəkib.

Yenisabah.az xəbər verir ki, idmançı bu dəfə süpürgəçi qadınlarla bir araya gələrək onlarla şəkil çəkdirib.

Görüntüləri sosial şəbəkə hesabında paylaşan Zeynallı vaxtilə öz anasının da bu cür əziyyət çəkərək övlad böyütdüyünü etiraf edib: Toyuqlu pizza

“Yolun o tərəfindən məni görüb qaça-qaça yolu keçiblər. Yaxınlaşdılar, dedilər ki, Kamil müəllim, pandemiya vaxtı bizə ərzaq yardımları edirdiniz, ona görə sizə təşəkkür etmək istədik.

Dedim, o vaxtlarda mənə dəstək olan dostlar sağ olsun, mən sadəcə vasitəçi olmuşam...

Allah kimsəni kimsəyə möhtac eləməsin, Amin.

Mənim anam da o vaxtlar bu cür əziyyət çəkib...”

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!