Bu gün ANAMA əməkdaşı Ağdamda minaya düşüb.
Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) məlumat yayıb.
Ağdam rayonunun Sarıcalı kəndi ərazisində agentliyin əməkdaşı, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. pizza mizza
Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılır. Vəziyyəti qənaətbəxşdir.
Telegram kanalımız