"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu Bakı təmsilçisiylə yolları ayırması ilə bağlı növbəti açıqlama verib.
Yenisabah.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, o, klubdan qovulmadığını deyib:
"Yazılanları klubun xeyrinə düzəltmək istəyirəm. Deyirlər ki, çətin vaxtımda məni qovdular. Əslində belə olmayıb. Anam komaya düşəndə ailəmin yanında olmaq istədiyimi dedim. Onun vəfatından sonra onlara geri qayıtmayacağımı bildirdim. Artıq futbola marağım qalmadı. Mübahisə etmədik və heç bir jest etmədim. Qurban kimi görünmək istəmirəm. Bu həqiqətdir. Mən dərhal həmin gün oran tərk etmişdim". Dördpendirli pizza
Qeyd edək ki, Mutu 2023-cü ilin dekabrında "Neftçi"dən ayrılıb.
Telegram kanalımız