Anar Nigar Camalla küsülülüyündən danışdı - "Qalmaqallı mövzular üçün darıxmışam"

saytların hazırlanması

Evə çatdırılma

Anar Nigar Camalla küsülülüyündən danışdı - "Qalmaqallı mövzular üçün darıxmışam"

Şou

24 Fevral 2020 12:55 615


Stilist Anar Ağakişiyev küsülü olduğu müğənni Nigar Camalla barışmadıqlarını deyib. Yenisabah.az xəbər verir ki, stilist "ATV Maqazin 10larla" verilişində Nigarın səhvini etiraf edəcəyi təqdirdə onunla barışacağını bildirib: "Darıxmışam qalmaqallı mövzular üçün. Üç ildir bu qalmaqaldan uzağam. Küsdüyüm üçün peşman deyiləm. Bizi barışdıran olmayıb hələ. Səhvini etiraf etsə, barışarıq. Mən ideal deyiləm, mənim də səhvim olub". Qeyd edək ki, tərəflər arasında qalmaqal 2017-ci ildən - "Altın kelebek" mükafatlandırmasından bəri davam edir. Anar N.Camalın xalça üzərinə tək çıxmaq istədiyini və ona səsini ucaltdığını demişdi: "Üzərimə qışqırmaq istəyirdi. Mən heç kimə üzərimə səs tonunu qaldırmağa ixtiyar verməmişəm. Əgər Röyadan qorxmurduns, dirəşib deyərdin ki, tək danışmaq, xalça üzərinə tək çıxmaq istəyirsən. Sonradan "ciyildəmək" heç xoş olmadı".
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!