Anar Rəsulov həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Anar Rəsulov həbs edildi

Sosial

30 Dekabr 2019 11:12 2306


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin keçmiş direktoru Anar Rəsulov həbs edilib.

"Yeni Sabah" bildirir ki,  “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, A.Rəsulov 2016-2018-ci illərdə NİİM-in şöbə müdiri, 2018-ci ilin mayından sentyabr ayına qədər direktor müavini, həmin vaxtdan 2019-cu ilin aprelinə kimi direktor vəzifəsində işləyib.

A.Rəsulov dələduzluqla itiham edilərək saxlanılıb, cinayət işinin istintaqı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılır. Sabiq direktor barəsində dekabrın 7-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. pizza hut

A.Rəsulov bir qrup şəxslə əlbir olaraq BNA-nın işçisi Fuad İsmayılovun və NİİM-in əmlakını ələ keçirməkdə ittiham olunur.

Qeyd edək ki, NİİM BNA-nın tabeliyində MMC kimi fəaliyyət göstərir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!