Anasını baltalayan oğul hələ də tapılmayıb

saytların hazırlanması

Evə çatdırılma

Anasını baltalayan oğul hələ də tapılmayıb

Kriminal

19 Yanvar 2022 13:39 761


Xaçmazda anasını balta ilə qətlə yetirən Ramiz Sultanovun axtarışı davam etdirilir.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, yanvarın 13-ü Xaçmaz rayonunun Əzizli kənd sakini Ramiz Sultanov anasını qətlə yetirərək hadisə yerini tərk edib. Həmin şəxsin saxlanılması üçün polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir. pizza mizza

"Ramiz Sultanov ruhi xəstədir. Həmin şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur. Məlumat verən şəxsin anonimliyi təmin olunacaq", - məlumatda qeyd edilib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!