Anasını çəkiclə qətlə yetirən şəxs həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Anasını çəkiclə qətlə yetirən şəxs həbs edildi

Kriminal

02 Yanvar 2021 17:15 755


Yanvarın 1-də saat 15 radələrində Mingəçevir şəhər sakini 1948-ci il təvəllüdlü Əhmədova Afaq İbiş qızının yaşadığı ünvanda meyitinin aşkarlanması barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan Yenisabah.az-a bildirilib ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq,prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla Afaq Əhmədovanın 1981-ci il təvəllüdlü, Mingəçevir şəhər rayonlararası Əsəb-ruhi dispanserində “paranoid şizofreniya” xəstəliyi diaqnozu ilə qeydiyyatda olan oğlu Əhmədov İslam Yaşar oğlu tərəfindən aralarında yaranmış münaqişə zəminində çəkiclə vurularaq öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Dördpendirli pizza

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

İslam Əhmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!