Atasını itirən rəqqasə:   “Həyat davam edir“

saytların hazırlanması

Evə çatdırılma

Atasını itirən rəqqasə: “Həyat davam edir“

Şou

04 Dekabr 2020 11:03 1823


Tanınmış rəqqasə Rəna Ağamuradova (Renka) son paylaşımı ilə diqqət çəkib.

Yenisabah.az xəbər verir ki, görüntülərini izləyiciləri ilə bölüşən rəqqasə heç nəyə həvəsinin olmadığını yazıb:

“Ağır iş günündən sonra tək mətbəxdə oturub hər şeyi düşünmək və özümü necə həvəsə salmağı fikirləşirəm. Heç nə istəmirəm, şəkil çəkdirmək, bəzənmək, nə isə paylaşmaq. Başa düşürəm ki, həyat davam edir. Amma mən istəmirəm, heç nə istəmirəm”. Dominos pizza

Qeyd edək ki, sənətçi atasının vəfatından sonra depressiyaya düşüb.

Psixoloji vəziyyətinin pis olduğunu deyən Renka saçlarını kəsdirib,daha sonra onun artıq çəki aldığı da gözdən qaçmayıb. Bir müddət əvvəl rəqqasə psixoloq yanına getdiyini açıqlamışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!