Anasını və bacısını amansızlıqla qətlə yetirən oğul təslim oldu

saytların hazırlanması

Evə çatdırılma

Anasını və bacısını amansızlıqla qətlə yetirən oğul təslim oldu

Kriminal

02 İyun 2020 14:05 2510


Bərdə rayonunda dəhşətli qətl hadisəsi törədən şəxs saxlanılıb.

Yenisabah.az xəbər verir ki, ötən gün Bərdə rayonunun Alaçadırlı kəndində anasını və bacısını odlu silahla öldürən Toğrul Zeynallı könüllü olaraq polisə təslim olub. 

Qeyd edək ki, Toğrul Zeynallı anası Zeynalova Nəzirəni yaşadığı evdə qətlə yetirib. Dəhşətli cinayətə qısqanclığın səbəb olduğu bildirilir. pizza mizza

Bu zaman onun bacısı Zeynalova Əminə hadisəyə şahidlik edib. O, qardaşından qaçmaq istəyən zaman T.Zeynallı onu da öldürüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb./oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!