Anasının başına daşla vurduğu azyaşlı xəstəxanaya yerləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Anasının başına daşla vurduğu azyaşlı xəstəxanaya yerləşdirildi

Hadisə

20 Fevral 2024 22:32 712


Fevralın 20-də 14:20 radələrində Ağstafa rayonu, Heydər Əliyev prospekti, Səməd Vurğun parkına 2014-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) ilə bağlı çağırış daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, azyaşlı saat 14:40 radələrində başın təpə nahiyəsinin çapılmış yaraları diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili yardım şöbəsinə ambulansla gətirilib. Pepperoni pizza

"Ona zəruri tibbi xidmətlər göstərilib, tetanus əleyhinə zərdab vurulub. Hazırda Ağstafa RMX-nın Təcili yardım şöbəsində həkim nəzarətindədir", - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, sosial şəbəkə platformalarında azyaşlı oğlan uşağının anası tərəfindən daşla xəsarət yetirilməsinə dair məlumat yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!