Anasının sevgilisini təhdid edən Neymar həbs oluna bilər

saytların hazırlanması

Evə çatdırılma

Anasının sevgilisini təhdid edən Neymar həbs oluna bilər

İdman

10 İyun 2020 17:31 1016


PSJ-nin hücumçusu Neymar həbs oluna bilər.

Yenisabah.az xəbər verir ki,  ulduz futbolçu ilə bağlı istintaq başladılıb.

Buna səbəb Neymarın anası Nadin Qonsalveslə onun keçmiş sevgilisi Tyaqo Ramos arasında yaşanan mübahisəyə qarışması olub. Hadisədən sonra Neymarın dostları ilə olan qrupuna atdığı səsyazısı məsələni yenidən gündəmə gətirib. Həmin səsyazısında Neymarın və dostlarının Tyaqo Ramosu təhdid edən fikirləri var. Dominos pizza

Bununla bağlı prokurorluğa şikayət ünvanlanıb. Eyni zamanda, səsyazma da San-Paulo prokurorluğuna verilib. Məsələnin araşdırılacağı və təqdim olunan sənədin təhlil olunacağı bildirilib. Əgər Neymarın günahkar olduğu sübuta yetirilsə, barəsində həbs qərarı verilə bilər.

Qeyd edək ki, Nadin Qonsalveslə Tyaqo Ramos arasında yaşanmış mübahisədən sonra ikinci qolunda kəsiklərlə xəstəxanaya aparılıb və cütlük polisə ifadə verib. (Modern.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!