Aktrisa Ancelina Coli əfqan qadınlarının hüquqlarının müdafiəsindən bəhs edən filmə dəstək verib.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, “Həvva, Məryəm, Ayişə” adlanan filmin premyerası bu gün Venesiya Film Festivalında keçirilib. Film “ən yaxşı bədii film” nominasiyasında mükafata namizəddir.
Ekran əsərində üç əfqanıstanlı qadının həyatından və problemlərindən bəhs olunur. pizza sifarişi
Ancelina Coli müsahibəsində bildirib ki, BMT-nin sülh elçisi kimi dəfələrlə əfqanıstanlı qadınlarla görüşüb və filmdə əks olunan problemlər onların taleyi və həyatının faciəli cəhətlərini əks etdirir.
Ancelina Coli daha sonra deyib:
“Əfqanıstanda lentə alınan hər bir film cəhalətə qarşı mübarizədə bir qələbədir. Əfqanıstanın taleyinin həll olunduğu bir dövrdə milyonlarla əfqan qadınının azadlıq, müstəqillik və təhlükəsizlik şəraitində öz taleyinə sahib çıxması bütün cəmiyyət üçün faydalıdır”.
Telegram kanalımız