Ancelina Colinin iranlı “əkizi”  -   İNANILMAZ BƏNZƏRLİK + FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Ancelina Colinin iranlı “əkizi” - İNANILMAZ BƏNZƏRLİK + FOTOLAR

Şou

25 Noyabr 2024 13:35 1262


Son vaxtlar sosial şəbəkələrdə diqqətləri öz üzərinə çəkən İran əsilli Kanada vətəndaşı Somayeh Sayahi daha çox Ramana Sayahi adı ilə tanınan aktrisa və modeldir. 1985-ci ilin oktyabr ayında Tehranda doğulan Sayahi uşaqlıqda ailəsi ilə birlikdə Kanadaya köçüb və orada təhsil alıb. 

Yenisabah.az xəbər verir ki, onun ən çox diqqət çəkən xüsusiyyətlərindən biri məşhur Hollivud aktrisası Ancelina Colie ilə olan inanılmaz bənzərliyidir. Bu oxşarlıq Sayahinin karyerasında ona əlavə diqqət və məşhurluq gətirib. 

Sayahi 2018-ci ildə “Rhino Horn” filmində, 2021-ci ildə isə “The Detained” filmində rol alaraq aktrisalıq bacarıqlarını nümayiş etdirib.  Dominos pizza

Sosial şəbəkələrdə də aktiv olan Sayahi "İnstagram" və "Facebook" kimi platformalarda fəaliyyəti və gündəlik həyatı ilə bağlı aktiv paylaşımlar edir. Hazırda "İnstagram" hesabında 718 mindən çox izləyicisi olan xanım bir çox şirkətlərlə iş birliyi edir, müxtəlif reklamlara çəkilir. 

Şəxsi həyatına gəldikdə, Sayahi İranlı reper Emir Tatalu ilə münasibəti ilə də tanınıb. Bu münasibət vaxtilə mediada geniş müzakirə olunub və onun şöhrətinə şöhrət qatıb. 

Sayahi, ümumiyyətlə, məşhur şəxslərlə münasibət qurmağa üstünlük verib. Müsahibələrinin birində 14 dəfə rəsmi şəkildə evləndiyini qeyd edib. 

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!