Andiçmə günü Baydeni 25 min hərbçi qoruyacaq

saytların hazırlanması

Evə çatdırılma

Andiçmə günü Baydeni 25 min hərbçi qoruyacaq

Dünya

17 Yanvar 2021 09:48 652


ABŞ Milli Qvardiyasının təqribən 9,5 min hərbçisi Vaşinqtona gətirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Qvardiyanın saytında yerləşdirilən məlumatda deyilir.

Bildirilib ki, bu qədər hərbi qulluqçunun Vaşinqtonda cəmləşməsi yeni seçilmiş prezident Cozef Baydenin andiçmə günü – yanvarın 20-də paytaxtın təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.  pizza sifarişi

Yanvarın 20-dək, paytaxta təxminən 25 min şəxsi heyət gətiriləcək.

4 mindən çox hərbçi şəhərdəki mühüm dövlət binalarını və digər əsas infrastrukturu mühafizə edəcək.

Qeyd edək ki, artıq Kapitoliya binası mühasirəyə alınıb, bir neçə gündür ki, ictimaiyyətin əraziyə giriş-çıxışına icazə verilmir. APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!