Andrey Şevçenko Ukrayna millisi ilə yeni müqavilə imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Andrey Şevçenko Ukrayna millisi ilə yeni müqavilə imzaladı

İdman

05 İyun 2020 23:07 942


Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko komandanı çalışdırmaqda davam edəcək.

Yenisabah.az xəbər verir ki, gənc mütəxəssislə müqavilə müddəti təzələnib.

43 yaşlı çalışdırıcı Ukrayna Futbol Assosiasiyası ilə yeni 2,5 illik sazişə qol çəkib. Rəsmi sözləşmə və təqdimat iyunun 7-də Lvov şəhərində baş tutacaq assosiasiyanın Konqressində imzalanacaq. Bu isə o deməkdir ki, Şevçenko 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının sonuna qədər millinin sükanı arxasında olacaq. pizza hut

Qeyd edək ki, Andrey Şevçenko 2016-cı ildən Ukrayna yığmasını çalışdırır.   /Apasport


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!