“Anglo Asian Mining” Azərbaycanda mis və qızıl hasilatının azalacağını açıqlayıb

saytların hazırlanması

Evə çatdırılma

“Anglo Asian Mining” Azərbaycanda mis və qızıl hasilatının azalacağını açıqlayıb

İqtisadiyyat

03 Avqust 2023 16:50 4003


Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasil edən şirkəti “Anglo Asian Mining PLC” şirkəti Gədəbəydə fəaliyyətinin dayandırılmasının onun qızıl və mis hasilatına mənfi təsir edəcəyini açıqlayıb.

 “Yeni Sabah” bu barədə mədən şirkətinə istinadən xəbər verir. “Anglo Asian"dan bildirilib ki, 31 iyul 2023-cü il tarixində Azərbaycan hökumətiylə imzaladığı protokol layihəsinə uyğun olaraq flotasiya qurğusunun fəaliyyəti, həmçinin hasilat işləri dayandırıb. Bütün ekoloji və təhlükəsizlik çatışmazlıqları aradan qaldırılana qədər flotasiya qurğusu fəaliyyət göstərməyəcək. Bununla belə, flotasiya qurğusunun fəaliyyətinin dayandırılması zamanı zavodun əsas texniki baxışı həyata keçiriləcək. Şirkət kəşfiyyat işlərini isə normal şəkildə davam edir.

Qeyd ediilib ki, flotasiya zavodunun fəaliyyətinin dayandırılması avqust ayında təxminən mis hasilatının 400 ton və qızıl hasilatının isə 300 unsiya azalması ilə nəticələnəcək. Şirkət həmçinin, yığın yuyulması əməliyyatı ilə avqust ayında təxminən 1000 unsiya qızıl dore hasil edəcəyini proqnozlaşdırıb. Marqarita pizza

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!