Anjelina məktəbə başladı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Anjelina məktəbə başladı - Fotolar

Sosial

23 Sentyabr 2019 13:34 1049


Bakı Şəhər Təhsil İdarəsi atası İlqar Vasilyeviçlə birlikdə zibil yığan 10 yaşlı Anjelina barədə məlumat yayıb. 

İdarədən "Yeni Sabah"a bildirilib ki, Raskopa Anjelinanın təhsil məsələsi Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin operativ müdaxiləsi nəticəsində həllini tapıb:

“Bu gün 10 yaşlı Anjelina Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə Fərdi Təhsilə cəlb edilib. Təhsil Nazirliyi və BŞTİ-i adından Anjelinaya məktəbli ləvazimatları və çanta təqdim olunub. Həmçinin, məktəbliyə yeni dərsliklər verilib. Məktəbin psixoloqu da Anjelinanın təhsil mühitinə uyğunlaşması və özünəinamının artırılması üçün onunla xüsusi məşğul olacaq”. pizza mizza

Qeyd edək ki, Zabrat qəsəbəsində yaşayan Anjelina və atası ailənin gündəlik xərcini zibil toplayaraq qazanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!